29 iyul 2015 13:00

Valeri Kutsenko: Ukraynalı futbolçu və məşqçilər Azərbaycana ancaq pula görə gedirlər

AZAL-ın sabiq ukraynalı yarımmüdafiəçisi Valeri Kutsenko ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan klubundan ayrılmasına dair sualları cavablandırıb:

- Ukrayna çempionatına qayıtmağınız özünüzü evinizdəki kimi hiss etməyə şərait yaratdımı? Yoxsa "Dnepr Arena"da meydana çıxmaqla Belarus və Azərbaycan çempionatının oyununa çıxmaq eyni hisslərdir?
- Özümü evimdəki kimi hiss edirəm. Ukraynada Belarus və Azərbaycanla müqayisədə oyunlara daha çox azarkeş gəlir. Ümid edirəm ki, "Çernomorets"in oyunlarına da çox azarkeş gələcək.

- Hazırda futbolçularımızın əksəri xaricə üz tutduğu halda siz geri qayıtmağa üstünlük verdiniz...
- AZAL-la müqaviləmin müddəti bitməmişdi. Komanda yay fasiləsində olduğundan mənim də istirahət üçün vaxtım var idi. İstirahəti başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmağı düşünürdüm. Amma Bakıdan mənə zəng edib dedilər ki, klubun maliyyə problemləri var. Bununla əlaqədar bütün legionerlərdən imtina olunub. Ona görə də Ukraynadakı variantları gözdən keçirməli oldum.

- AZAL-da, Azərbaycanın digər klublarında "Çernomorets"dən daha çox qazana bilərdiniz...
- Mən AZAL-a keçərkən sonda belə problem yaranacağını düşünməmşdim. O vaxt klub axtarırdım və menecerim zəng edib dedi ki, Azərbaycandan belə bir təklif var. Özü də məni baxışa yox, birbaşa müqavilə bağlamağa dəvət etdilər. İndi də real təklif olduğu üçün "Çernomorets"lə anlaşdım. Amma yenə də hansısa xarici klubdan təklif gəlsə, oturub danışmaq olar.

- AZAL Azərbaycanın imkanlı klublarından idi?
- Yaxşı, ortabab və sabit maliyyə imkanı olan klub idi. Amma bir neçə il öncə oynadığım ortabab Ukrayna klublarında AZAL-da aldığımdan daha çox qazanırdım.

- Bizim futbolçular, məşqçilər oraya yalnız pul qazanmaq üçün gedirlər, ya başqa səbəblər də var?
- Fikrimcə, istisnasız olaraq pul xatirinə gedirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.