30 iyul 2015 01:37

Qarabağ Seltikə uduzdu

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi "Qarabağ" da növbəti matçına çıxıb.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya "Rudar"ı idi. "Qarabağ" bu rəqibinə evdə qalib gələ bilməsə də (0:0), səfərdə minimal hesablı üstünlüklə (1:0) mərhələ adlayan tərəf olmuşdu. Bu dəfə isə Ağdam klubu daha adlı-sanlı bir rəqiblə - Şotlandiya "Seltik"i ilə mübarizə aparır. Hansı ki, bu komanda İslandiya "Styarnan"ını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlayıb.

Komandamızın "Seltik" səddini keçməsi üçün çox böyük güc sərf etməsi lazım gələcək. İlk matçın səfərdə keçirilməsi komandamız üçün kiçik bir üstünlük sayıla bilər. Qurban Qurbanovun komandası cavab matçından öncə səfərdən sərfəli nəticə ilə dönməyə borcluydu. Yalnız belə olan halda Bakıdakı qarşılaşmada nəyəsə ümid etmək olardı. Təəssüf ki, təmsilçimiz Qlazqoda çox yaxşı mübarizə aparmasına baxmayaraq, sonda meydanı minimal hesablı məğlubiyyətlə tərk etməli oldu. Bu isə cavab görüşündə təmsilçimizin iki top fərqi ilə qalib gəlməyə borclu olduğundan xəbər verir.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
(ilk oyun)
29 iyul

"Seltik" - "Qarabağ" - 1:0 (0:0)
Qol: D.Boyata, 82 (1:0).
Sarı vərəqə: E.İsakirre, 36. V.V.Deyk, 44. A.Aqolli, 62. C.Forrest, 90+2.
Baş hakim: Robert Şörgenhoffer (Avstriya)
Qlazqo. "Seltik Park" Arena.

"Seltik": 1. Kreyq Qordon, 3. Emilio İsakirre, 5. Vircil van Deyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton (9. Ley Qriffits, 69), 8. Skott Braun (k), 14. Stüart Armstronq (49. Ceyms Forrest, 62), 16. Qari Makkey-Stiven, 25. Stefan Yohansen, 7. Nadir Çiftçi (15. Kris Kommons, 80).
Ehtiyat oyunçular: 26. Loqan Beylli, 4. Efe Ambroze, 22. Seydi Yanko, 18. Tom Roqiç.
Baş məşqçi: Ronni Deyla.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana (91. Coşqun Diniyev, 82), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 67. Alharbi El-Jadeyui (29. Raydell Pupon, 87), 77. Cavid Tağıyev (11. Elvin Məmmədov, 73).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev.
Baş məşqçi: Qurban Qurbanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.