29 iyul 2015 00:10
Rihayro Muelens: Səbrsizliklə Azərbaycan çempionatının startını gözləyirəm
"Zirə"nin yeni transferi Rihayro Muelens bu komandaya keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zirə"dən yaxşı təklif aldım. Azərbaycan futbolu haqda müəyyən məlumatım var idi. Burada güclü çempionat var. Hazırda Premyer Liqanın yeni mövsümünə hazırlaşırıq. Hədəf yaxşı nəticə qazanmaqdır. "Zirə" iddialı komandadır. Ümid edirəm ki, klubun qarşıya qoyduğu hədəfə çatmasına kömək edə biləcəyəm. Komandaya elə bundan ötrü gəlmişəm. Səbrsizliklə çempionatın startını gözləyirəm".
