29 iyul 2015 00:00

Qarabağ üçün Seltik səddi

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm yenə son ölkə çempionu "Qarabağ" təmsil edir.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya "Rudar"ı idi. "Qarabağ" bu rəqibinə evdə qalib gələ bilməsə də (0:0), səfərdə minimal hesablı üstünlüklə (1:0) mərhələ adlayan tərəf olmuşdu. Bu dəfə isə Ağdam klubunu daha adlı-sanlı bir rəqiblə - Şotlandiya "Seltik"i ilə mübarizə gözləyir. Hansı ki, bu komanda İslandiya "Styarnan"ını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlayıb.

Böyük tarixə malik "Seltik" 1887-ci ildə yaradılıb. 127 yaşlı qocaman klub Şotlandiyanın Qlazqo şəhərini təmsil edir. Klubun indiki prezidenti İan Bankir, baş məşqçisi isə Ronni Deyladır. Komanda ev oyunlarını doğma şəhərdə - 60 411 azarkeş tutumuna malik "Seltik Park" stadionunda keçirir.

"Reyncers"lə bərabər Şotlandiyanın iki ən nəhəng klubundan biri olan "Seltik" həm daxili, həm də xarici arenada xeyli uğurlara imza atıb. Bu komanda 46 dəfə (!) ölkə çempionu olub. 36 dəfə Şotlandiya kubokunu əldə edən komanda 15 dəfə də ölkənin Liqa Kubokuna sahib çıxıb. Bu komanda 1967-ci ildə indi UEFA Çempionlar Liqası adlanan turnirin qalibi olub. 1969/70 mövsümündə isə ÇL-in finalında məğlub olaraq, gümüş medallarla kifayətlənib. "Seltik" 2002/03 mövsümündə Avropa Liqasının da finalına çıxıb, lakin həlledici görüşdə məğlub olub. Bir sözlə, Şotlandiya nəhənginin uğurları saymaqla qurtaran deyil.

Bu klub ÇL-in yeni mövsümünə də məhz son ölkə çempionu kimi vəsiqə qazanıb. Mövsüm ərzində keçirdiyi 38 oyunda hamıdan çox - 29 qələbə qazanan komanda 5 dəfə heç-heçəyə razılaşıb, cəmi 4 dəfə meydanı məğlub tərk edib. Rəqib qapılarından 84 (!) top keçirən qlazqolular özləri cəmi 17 dəfə məyus olublar ki, bu göstəricilər digər klublarınkından kifayət qədər çox fərlqlənir. Məsələn, digər 11 klubdan heç biri 60 qol həddinə çatmayıb. Buraxılan qolların sayına görə isə ən yaxın göstəriciyə malik olan qapısında 33 top görmüş "Aberdin"dir.

"Qarabağ"ın rəqibinin heyətində Honduras, Nigeriya, Hollandiya, İsrail, Türkiyə, İrlandiya, Serbiya, Avstraliya, Belçika, İsveçrə, İsveç, Norveç, İtaliya, İngiltərə kimi ölkələrdən xeyli legioner çıxış edir.

Göründüyü kimi, "Qarabağ"ın bu dəfəki rəqibi heç də asan keçiləsi komanda deyil. Bu üzdən də komandamızın "Seltik" səddini keçməsi üçün çox böyük güc sərf etməsi lazım gələcək. İlk matçın səfərdə keçirilməsi komandamız üçün kiçik bir üstünlük sayıla bilər. Qurban Qurbanovun komandası cavab matçından öncə səfərdən sərfəli nəticə ilə dönməyə borcludur. Yalnız belə olan halda Bakıdakı qarşılaşmada nəyəsə ümid etmək olar.

Yeri gəlmişkən, cari mövsümdə ən böyük ümidlər "Qarabağ"adır. Məsələ burasındadır ki, Ağdam klubu ötən il olduğu kimi, bu mövsümdə də qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadır. Komandanın belə bir uğura Çempionlar Liqasında da nail olub, tarix yazmaq şansı var. Amma bu, çox çətin olsa da, ən azı Avroliqanın qrup mərhələsinə düşmək mümkündür. Bu mənada komandamızın ÇL-in üçüncü təsnifat mərhələsində də uğur qazanması vacibdir. "Seltik" səddini keçəcəyi halda Ağdam klubu artıq Avroliqanın qrup mərhələsini özü üçün təmin etmiş olacaq və eyni zamanda ÇL-in pley-off matçlarında iştirak edəcək. Həmin oyunlarda da qələbə qazanacağı halda təmsilçimiz ilk dəfə ÇL-in qrup mərhələsində çıxış etmək şansı qazanacaq. Uduzacağı halda isə komandamız Avroliqanın qrupunda çıxış edəcək. "Seltik" səddini keçə bilməyəcəyi halda isə, ağdamlılar yenə mübarizəni dayandırmayacaq. Belə olan halda komandamız Avroliqanın pley-off mərhələsində çıxış hüququ əldə edəcək.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan hər uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədədir və hesabında 12.250 reytinq xalı var. Onun da 1.750 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.625, "Qəbələ" - 0.500, "Qarabağ" - 0.375, "Neftçi" - 0.250).

"Qarabağ" 11.450 xalla klub sıralamasında Avropanın 132-ci komandasıdır. "Seltik" isə 38.660 reytinq xalı ilə 45-cidir.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
(ilk oyun)
29 iyul

23:45. "Seltik" - "Qarabağ"
Baş hakim: Robert Şörgenhoffer (Avstriya)
Yan xətt hakimləri: Mattias Vinzauer, Riçard Hubler (Avstriya).
Dördüncü hakim: Dominik Ouşan (Avstriya).
UEFA hakim-inspektoru: Ray Ellingem (Uels).
UEFA nümayəndəsi: De Yonq (Hollandiya).
Qlazqo. "Seltik Park" Arena.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.