28 iyul 2015 20:40
Millimiz Moldovaya məğlub oldu
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Moldovanın Kişinyov şəhərində keçirilən UEFA-nın İnkişaf turnirində iştirak edir. Azerisport.az xəbər verir ki, yığmamız bu gün turnir çərçivəsində ilk matçına çıxıb.
Komandamız Moldova ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Azərbaycan yığmasının 1:3 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını sabah Latviyaya qarşı keçirəcək.
