28 iyul 2015 20:20
İnterin yeni futbolçusu Rəvana keçə bilər
"İnter"in yeni futbolçusu Nodar Məmmədov paytaxt klubunu Premyer Liqanın digər təmsilçisinə dəyişə bilər. Azerisport.az xəbər verir ki, böyük ehtimalla o, qarşıdakı mövsümü "Rəvan"da keçirəcək.
"İnter"ə bu yay keçməsinə baxmayaraq, vaxtilə çıxış etdiyi "Rəvan"dan gələn təklif də ona maraqlı gəlir. Artıq tərəflərin bu keçidlə bağlı razılığa gəldiyi də bildirilir. Amma yekun qərar hələ verilməyib.
Qeyd edək ki, Məmmədov "İnter"in Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniya "Atletik"i ilə oyunlarının iştirak ərizəsinə daxil edilib.
