28 iyul 2015 20:00
AZAL sabiq futbolçusunu geri qaytardı
AZAL sabiq futbolçusu Nuqzar Kvirtiyanı geri qaytarıb. Azerisport.az xəbər verir ki, 2009-2012-ci illərdə paytaxt klubunda çıxış etmiş gürcü futbolçu yenidən Azərbaycan çempionatında oynayacaq.
Yarımmüdafiəçi artıq "təyyarəçilər"in düşərgəsinə qoşulub və bir neçə gündür ki, komanda ilə məşq edir.
