28 iyul 2015 19:20

Deyvidas Çesnauski: Qəbələ Apollonu keçmək üçün səfərdə daha yaxşı oynamalıdır

"Bakı"nın sabiq yarımmüdafiəçisi, hazırda Litvanın "Trakay" klubunda çıxış edən Deyvidas Çesnauski Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşdıqları, hazırda isə "Qəbələ"yə rəqib olan Kipr "Apollon"u barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Apollon" yaxşı komandadır. Onların məşqçisi portuqaliyalı Pedru Emanueldir. O, futbolu çox yaxşı bilir, oyunun gedişatını dəyişə biləcək mütəxəssisdir. "Apollon"un heyətində portuqaliyalı və latınamerikalı futbolçular var. Onlar çox texnikalı və sürətlidirlər".

"Cinah hücumçularını xüsusi qeyd edərdim. Kirdəki oyunda bizə daha çətin oldu ("Trakay" "Apollon"a səfərdə 0:4 uduzub, ev oyununda 0:0 hesablı heç-heçəyə razılaşıb - red.). "Qəbələ" buna xüsusi diqqət yetirməlidir. Onların cinah ötürmələri də təhlükəli alınır. Elə qolları da bunun sayəsində vurmağa çalışırlar. Hətta cinah müdafiəçiləri də daim hücuma dəstək olurlar".

"Qəbələ" onu da nəzərə almalıdır ki, "Apollon"un az qala hər hücumu qolla nəticələnir. Bu komanda səhvləri də bağışlamır. Bu üzdən "Qəbələ"yə çətin olacaq. Amma fikrimcə, "Qəbələ" bu amilləri nəzərə alıb, rəqibi zərərsizləşdirə bilsə, "Apollon"u keçə bilər. Bildiyimə görə, "Qəbələ" ilk oyunu səfərdə keçirəcək. Məhz səfər oyununda daha yaxşı oynamaq vacibdir. "Apollon" azarkeşləri qarşısında daha yaxşı oynayır. Stadion tam dolu olduğundan futbolçular bundan daha da ruhlanırlar. "Qəbələ"yə uğurlar arzulayıram".

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.