28 iyul 2015 19:00
İnter İspaniyada iki məşqə çıxacaq
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubu ilə qarşılaşacaq "İnter" artıq Bilbaodadır. Azerisport.az xəbər verir ki, bakılılar İspaniyada iki məşqə çıxacaqlar.
İlk məşq bu gün baş tutacaq. "İnter"in son məşqi isə sabah matçın baş tutacağı stadionda olacaq və oyun vaxtında start götürəcək.
Yeri gəlmişkən, "İnter"in baş məşqçisi Zaur Svanadze sabah yerli vaxtla saat 12:00-da mətbuat konfransı keçirəcək. Axşam saatlarında isə "Atletik"in baş məşqçisi Ernesto Valverde jurnalistlərlə görüşəcək.
