28 iyul 2015 17:20

Böyükağa Hacıyev: Heç vaxt Azərbaycan millisinə belə rəqiblər qismət olmayıb

"Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan millisinin 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini dəyərləndirib. Məşqçinin sözlərinə görə Azərbaycan millisinin bəxti gətirib:

"İndi kim nə deyəcək, bilmirəm. Amma etiraf etmək lazımdır: millimizin bəxti hələ belə gətirməmişdi. Elə qorxulu komandalarla düşməmişik. Almaniya istisna olmaqla, demək olar ki, onlarla oynamaq olar. Ürəkdən söyləmək istərdim ki, Robert Prosineçkinin bəxti gətirdi".

Hacıyev yığmanın rəqibləri haqda bunları deyib: "Dünya çempionu Almaniya haqda danışmağa dəyməz. Onlar qrupu birinci pillədə başa vuracaq. Buna şübhə yoxdur. San Marino bizə hədiyyə rəqibdir. Yəni, onlara hörmət edirik. Lakin hər iki görüşdə uğur qazanmaq olar. Mümkün olmayacaqsa, daha niyə məşq edirik? Norveçlə yaxınlarda oynadıq. Səfərdə heç-heçəyə nail olduq. Şimali İrlandiya bizə tanış rəqibdir. Fiziki göstəriciləri yüksək olan komandadır. Çexiya ilə heç vaxt oynamamışıq. Almaniyadan başqa digər komandalara müqavimət göstərmək lazımdır. Bizim buna gücümüz çatacaq. Püşk millimizə qarşı səxavətli olub. İndi o zaman yığma hansı vəziyyətdə olacaq, onu demək çətindir".

Məşqçilər Şurasının üzvü bildirir ki, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi pley-offa vəsiqə uğrunda oynaya bilər: "İlk olaraq yada salaq ki, hazırda Prosineçki futbolumuzu və millimizi öyrənir. Gələn seçmə mərhələdə artıq nəticə lazım olacaq. Bu rəqiblərlə qrupda üçüncü yerə oynamaq olar. Əlbəttə, bir qədər daha yaxşı hazırlaşsaq, pley-off haqda düşünə bilərik. Çünki, belə rəqiblər bizə daha heç vaxt nəsib olmayacaq. Rəqiblər zəif deyil, amma mundialın seçmə mərhələsində belə komandalarla oynamağı normal qarşılamaq lazımdır. Hamısı San Marino ola bilməz. Üçüncü yerə layiqli namizəd sayılmalıyıq. Hər il xal sayını artırmaq inkişaf demək deyil. Qrupda konkret yer tutmaq gərəkdir. Nə vaxta qədər hər seçmə mərhələdə 2 xal artıracayıq və bunu nəticə hesab edəcəyik?"

Futbolçuların hazırlığına gəlincə, Hacıyev hazırda yerli futbolçularla bağlı böyük seçim olmadığını etiraf edir. Onun sözlərinə görə yeni seçmə mərhələ üçün indidən seleksiya işləri aparılmalıdır: "Yeni seçmə mərhələ bizim üçün yeni çağırışdır. Hər il yeni ümidlərimiz olur. Fikrimcə, püşk bizə normal komandalar qismət edib. Hər səbətdən bizə münasib rəqiblərdir. Xal sayında rekord etməklə yanaşı qrupda konkret hədəfimiz olmalıdır. Millimizə uğur diləyirəm və inanıram ki, qarşıya qoyulan məqsədə çatacaq. Millimizin vəziyyəti və hədəflər barədə Prosineçki danışda daha düzgün olar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.