28 iyul 2015 16:20

Şahin Diniyev: Kəpəzdə görmək istədiyim oyunu məqamlarla görə bildim

Azerisport.az “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin müsahibəsini təqdim edir.
Şahin müəllim, əvvəlcə istərdim ki, Türkiyə toplanışını dəyərləndirəsiz.
Ərzurum toplanışı “Kəpəz”in çempionat öncəsi hazırlıq dönəmində sayca üçüncü toplanış idi. Baş məşqçi olaraq deyim ki, komandamızın çatışan və çatışmayan cəhətləri var. O qənaətdəyəm ki, futbolçular taktiki və fizki hazırlıq üzərində səylə işlədilər, bir-biriləri ilə anlaşmağa çalışdılar. Uşaqlara üzərimə düşən məsuliyyəti dərk etdiklərinə görə minnətdaram. Komanda sıfırdan yaranır, ona görə səhvlərimiz olacaq. Bu səhvləri minimuma endirmək üçün çalışmalıyıq. Oyunçuların bir-birilərinə uyğunlaşması üçün vaxta ehtiyac var. Çempionat oyunları davam edə-edə optimal formanı yığacağıq.
Qardaş ölkədə komanda həm də üç yoxlama oyununda qüvvəsini sınadı. Fikirləriniz nədən ibarətdir?
Komandanın formalaşması üçün hər üç təlim-məşq toplanışının önəmi vardı. Türkiyədə böyük addımlar artıq, nəzərə çarpacaq irəliləyişlərə nail olduq. Ərzurumda komandanın əsas heyətini də müəyyənləşdirdik. Bu mənada Türkiyədə keçirdiyimiz üç oyunun rolu böyük oldu. İki matçda qalib gəlib, birində heç-heçə etdik. Hər üç oyunda futbolçuların hamısına şans verdik. Nəticədən asılı olmayaraq oyunçulara mövqeyində və oyun sxemində özünü göstərmək üçün imkan yaratdıq. Uşaqlar etimadı doğrultmaq üçün çalışdılar. Digər komandalarda olduğu kimi bizdə də çatışmazlıqlar çoxdu. Bunun üzərində işləməliyik. Çempionatın startına az qalıb. Qalan vaxt ərzində problemləri aradan qaldırmalıyıq.
Məşqlərdə futbolçulardan istədiyinizi ala bildiz?
Desəm ki, axıra kimi ala bildim, bu yalan olar. Az öncə dediyim ki, optimal formaya düşə bilməmişik. Bu da hardasa fiziki və taktiki yükləmələrlə bağlı oldu. Yenə deyirəm, zamana ehtiyacımız var. Premyer Liqanın başlamasına kimi çatışmayanların üzərində işləyəcəyik. Futbolçulardan razı qalsam, onda gərək bu məşqləri dayandırıb, sırf oyuna hazırlaşaq. Amma onu söyləyə bilərəm ki, razı qaldığım məqamlar razı qalmadıqlarımdan daha çoxdu.
Üç yoxlama oyununda komandanı arzuladığınız kimi görmək imkanı qazandız?
Görmək istədiyim oyunu məqamlarla görə bildim. Ancaq 90 dəqiqə ərzində futbolçuların sistemə uyğun oyun göstərməsi hələ çətin işdi. Oyunumuzu artıqmalıyıq. Müdafiədə, oyun quruculuğunda və hücumun təşkilində olan müsbət məqamları çoxaltmalıyıq. Oyundan oyuna buna nail olmalıyıq. Səhvlərimizi minimuma endirsək, ötürmələrin keyfiyyətini artısaq, anlaşmanı istənilən səviyyəyə çatdıra bilsək, arzuladığımıza nail olacağıq və mənim görmək istədiyim oyun alınacaq.

“Kəpəz” PFK-nın mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.