28 iyul 2015 15:00
Rəvan Rasim Abuşevin oğlunu baxışa çağırdı
"Rəvan" baxışa yeni futbolçu çağırıb. Azerisport.az xəbər verir ki, bu, 20 yaşlı müdafiəçi Rahib Abuşevdir.
Sözügedən futbolçu Stavropol futbol məktəbinin yetirməsidir. O, həm də Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Rasim Abuşevin oğludur.
