28 iyul 2015 14:20
Samir Əliyev: Yoxlama matçı olsa da, yaxşı oyun sərgiləməyə çalışacağıq
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Faysal"a qarşı keçirəcəkləri yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim növbəti yoxlama oyunumuzdur. "Alanyaspor"la matçda olduğu kimi, bu görüşdə də xeyli əvəzetmə edəcəyəm. Kim daha yaxşı hazırdırsa, start heyətdə də onlar meydana çıxacaq. Amma yoxlama matçı olmasına baxmayaraq, yaxşı oyun sərgiləməyə çalışacağıq. Komandada hər şey yaxşıdır".
