28 iyul 2015 14:00

"Qarabağ çox təhlükəlidir və Seltik aşkar favorit deyil"

AFFA-nın idman direktoru Deril Uillard UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı mübarizə aparacaq "Qarabağ"la bağlı Britaniya mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Qarabağ" Avropada inanılmaz təhlükəli komandadır. "Seltik"ə çox çətin olacq. Bu komanda texnika baxımından əla göstəricilərə malikdir və topa yaxşı nəzarət edir. Milli çempionatda hücum futboluna üstünlük verirlər. Amma Avropada daha çox əks-hücum futbolu sərgiləyirlər. "Seltik"ə ilk 15 dəqiqədə heç də asan olmayacaq. Xüsusilə də Reynaldo böyük təhlükə mənbəyidir".

"Reynaldo "Qarabağ"ın gənc braziliyalı ulduzudur. O, doğrudan da təkbətək epizodlarda çox inanılmaz üstünlüklərə malikdir. Mən ötən il bu komandanın Avstriya "Zalsburq"u ilə ev oyununda iştirak etmişdim. Həmin oyunda "atlılar" qalib gəldilər. Xüsusilə ev oyunlarında çox böyük motivasiya ilə oynayırlar. Heyətdə daha bir braziliyalı - Riçard Almeyda da var. O da keyfiyyətli futbolçudur".

Britaniyalı mütəxəssis "Qarabağ"ın ötən Avroliqa mövsümündəki çıxışını böyük ədalətsizlik nəticəsində dayandırdığını da vurğulayıb: "Komanda Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Əslində, "Qarabağ" qrupdan da çıxmalı idi. Amma onların Milan "İnter"inin qapısına vurduğu qələbə qolu hakimlər tərəfindən ədalətsiz olaraq sayılmadı".

"Mən "Seltik"in bu cütün aşkar favoriti olduğunu deməzdim. Onlar ilk növbədə Reynaldonu zərərsizləşdirmək haqda düşünməlidirlər. Əks halda braziliyalı onları məyus edə bilər".

Uillard ağdamlıların baş məşqçisi Qurban Qurbanov barədə də danışıb: "O, çox ağıllı məşqçidir. Komandaya yeni oyun üslubu gətirib. Ağdam klubu bir növ "Barselona" stilində oynayır. Futbolçuların mövqeyi, topa sahib olma baxımından bu komandalar arasında oxşarlıqlar var".

Vaxtilə "Qəbələ"də çalışmış britaniyalı mütəxəssis "Qarabağ"ın böyük azarkeş dəstəyinə malik olduğunu da vurğulayıb: "Qarabağ" "Seltik"ə qarşı oyunda böyük azarkeş dəstəyinə malik olacaq. Azərbaycanda ən böyük klub "Neftçi" hesab olunur. Amma "Qarabağ" da Azərbaycanda elə bir klubdur ki, hətta ən sevimliniz olmasa da belə, ikinci komandanızdır. Bu komandanı ölkədə hər kəs sevir. Çünki Ermənistanla münaqişə səbəbindən bu klub doğma Ağdam şəhərini tərk edərək, Bakıda məskunlaşmaq məcburiyyətində qalıb. Hətta indi də cəbhə xəttində atışma səsləri eşitmək olur. Azərbaycanlılar işğal altında olan bölgələrə xüsusi hisslər bəsləyirlər".

Uillard "Qarabağ" - "Seltik" matçının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu barədə də danışıb: "Matç bizdə "rusiyalı laynsman" kimi tanınan Tofiq Bəhramovun adını daşıyan arenada keçiriləcək. Hansı ki, o, DÇ-1966-da verdiyi məşhur qərarla tanınıb. Əslində o, azərbaycanlıdır. Özü də idmanda bu mərhələyə qədər irəliləyə bilən ilk azərbaycanlı kimi tarixə düşüb. Stadionda inanılmaz atmosfer olacaq".

AFFA rəsmisi ölkəmizdəki işindən də danışıb: "Artıq altı ildir buradayam. Bu, mənim üçün bir çağırış idi. Məni əvvəl buraya Toni Adams gətirmişdi. "Qəbələ"də birgə çalışmaqla təcrübə topladım. Artıq inkişaf hiss olunur və bunu görmək çox xoşdur".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.