28 iyul 2015 12:00

Zurab Xizanişvili: İnter səfərdə qol buraxmasa, evdə Atletiki məğlub edə bilər

"İnter"in müdafiəçisi Zurab Xizanişvili Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Tarixində ilk dəfə bir mövsümdə iki mərhələ adlayan "İnter"dən bu mövsüm daha nə sürprizlər gözləyək?
- Bu uğurun klubumuzun tarixində bir ilk olduğundan xəbərim var. Deməli, bu, yaxşı bir uğurdur. Amma bununla kifayətlənmək olmaz. Yolumuza davam etməliyik.

- İspaniya La Liqasında çıxış edən "Atletik"ə qarşı oynyacağınızı nəzərə alsaq, bu, nə dərəcədə mümkündür?
- Mən də karyeramda çox şeyin alınacağına inanmırdım. Amma çox şeyə nail olmuşam və buna görə şadam. Niyə "İnter" də özünə inanmasın, yeni tarix yazmasın?

- Komandanız ilk oyunu 52 min azarkeş önündə keçiricəcək...
- Səfərdə qol buraxmamağa çalışmalıyıq. Məsələn, səfərdə 0:0 hesablı heç-heçəyə nail olsaq, ev oyununda 1:0 hesabıyla qalib gəlib mərhələ keçə bilərik (gülür).

- İslandiya "Hafnarfyordur"u ilə son oyununuzda 6 dəqiqəyə iki qol buraxdınız. İspanlara qarşı daha çətin olacağını düşünmürsünüz?
- Həmin oyunda iki qol buraxmağımız konsentrasiyanı itirməyimizin nəticəsi idi. Bunu başqa nə iləsə bağlamaq olmaz. İspanlarla görüşlərdə isə bu, təkrarlanmayacaq.

- İstənilən halda islandlarla ev oyununda inamlı çıxış etmədiniz...
- İslandiyada hazırda mövsümün qızğın çağı olduğundan onlar daha hazırlıqlı idilər. Bizdə isə yeni komandadır. Bütün rəsmi oyunlarımız yalnız Avropa Liqasına təsadüf edir. Anlaşma səviyyəsi hələ istənilən kimi deyil. Zamanla biz daha yaxşı oynayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.