28 iyul 2015 11:45
Kəpəzdə braziliyalı forvard
"Kəpəz" heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, sözügedən klub braziliyalı hücumçu Dario Federiko da Silva ilə güclənib.
Onun son klubu Portuqaliyanın "Trofense" komandası olub. Futbolçu özü də tezliklə Gəncə klubuna keçəcəyini təsdiqləyib. "Kəpəz" yaxın günlərdə onunla bir illik müqavilə imzalayacaq.
