28 iyul 2015 11:30
Atletikdə İnterin baş məşqçisini tanımırlar
Avropa Liqasının üçüncü təsnifat mərhələsində "İnter"in rəqibi olan İspaniyanın "Atletik" klubunda Bakı komandasının baş məşqçisini tanımırlar. Azerisport.az xəbər verir ki, klub saytında oyundan əvvəl baş məşqçilərin mətbuat konfranslarının keçiriləcəyinə dair xəbər yerləşdirilib.
Lakin həmin xəbərdə "İnter"in baş məşqçisi kimi sabiq çalışdırıcısı Kaxaber Sxadadzenin adı göstərilib. Halbuki, hazırda Bakı klubunu Sxadadze yox, onu bu postda əvəzləyən Zaur Svanadze çalışdırır.
Qeyd edək ki, "Atletik" - "İnter" matçı iyulun 30-da "San Mames" stadionunda keçiriləcək.
