28 iyul 2015 11:15
İnter İspaniyaya yollandı
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubu ilə qarşılaşacaq Bakı "İnter"i Bilbaoya yollanıb. Azerisport.az xəbər verir ki, təxminən 6 saatlıq uçuşdan sonra komandamız İspaniyaya çatacaq.
Qeyd edək ki, "Atletik"lə "İnter" arasındakı ilk oyun iyulun 30-da keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
