28 iyul 2015 11:00
Neftçi – Əl-Faysali matçının başlama saatı dəyişdirildi
“Neftçi” PFK-nın Türkiyə təlim-məşq toplanışı çərçivəsində bu gün keçirəcəyi yoxlama oyununun başlanma vaxtında dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Faysali” klubu ilə görüş Bakı vaxtı ilə əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:30-da deyil, 22:30-da başlayacaq. Oyun Afyonkarahisar İdman Kompleksində baş tutacaq.
