28 iyul 2015 00:55

Riçard Almeyda: Müharibə Qarabağa da təsirsiz ötüşməyib

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı oyunlar öncəsi ESPN nəşrinə açıqlama verib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Çox insan Azərbaycan çempionatını tanımır. Amma mən şan-şöhrət axtarmıram, ailəmə kömək etməyə çalışıram. Premyer Liqa güclü olmaya bilər, amma maliyyə baxımından vəziyyət yaxşıdır. Ölkə gözəldir, paytaxt Bakı şəhəri Dubaya bərabər səviyyədədir. Kluba ciddi maliyyə vəsaiti yatırılır. İş strukturu fantastikdir. Komandanın artıq yeni gözəl stadionu var. Çox yaxşı məşq meydançamız var".

"Qarabağ"ın doğma Ağdamda yox, Bakıda oynamasına toxunan Almeyda buna da aydınlıq gətirib: "Müharibə komandamıza da təsirsiz ötüşməyib. Bu haqda mənə çox danışıblar. Qonşu Ermənistanla münaqişə çox ciddidir. Nə onlar Azərbaycana gələ bilirlər, nə biz oraya gedə bilirik. Müharibə həmişə ağırdır. İndi sözün həqiqi mənasında bu iki xalq bir-birini görmək belə istəmir".

"Rus dilində danışanlar çox olsa da, Azərbaycan müsəlman ölkəsidir. Müsəlmanlar çoxluq təşkil edirlər. Burada siz alkoqolları, terroristlərə rast gələ bilməzsiniz. Amma qadınlar təsadüfi hallarda tək gəzirlər, onları daim müşaiyət edən yaxınları olur. Ailəm, həyat yoldaşım buranı çox sevir. Baxmayaraq ki, mənim arzum daha güclü çempionatlarda top qovmaqdır. Bu, alınmasa, elə Azərbaycanda qalmaq istəyərdim".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.