27 iyul 2015 17:00

Tuayev: Qonşu ölkədə keçiriləcək mundiala getmək haqda düşünməliyik, üçüncü yeri tutmaq barədə yox

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi

- "Neftçi" avrokuboklarda mübarizəni erkən dayandırsa da, digər təmsilçilərimiz yoluna davam edir...
- Bu mövsümü Azərbaycan üçün artıq tarixi adlandırmaq olar. Üç klubumuz eyni vaxtda avrokubokların üçüncü təsnifat mərhələsinə yüksəlib. Hələ belə bir uğurumuz olmadığını nəzərə alsaq, bu mövsüm qeydə alınan nəticələrə ancaq sevinmək olar. Amma əldə olunanlarla kifayətlənmək olmaz. Düzdür, hər üç klubumuzu çox çətin rəqiblər gözləyir. Amma onları keçmək olar. Sadəcə, futbolçular yenə bütün bacarıqlarını meydanda nümayiş etdirməlidirlər.

- "Qarabağ ÇL-də Şotlandiya nəhəngini mübarizədən kənarlaşdırmalıdır...
- "Seltik" Şotlandiyanın nəhəngi sayıla bilər. Amma Avropada artıq nəhəng sayılmadığı dəqiqdir. "Qarabağ"ın məşqçilər korpusu ilk növbədə bu komandanı dəqiq analiz etməlidirlər. Dəqiq müəyyənləşdirilmiş taktika ilə elə Şotlandiyadakı ilk oyunda sərfəli nəticə qazanmaq və ev oyununda cütün taleyini həll etmək olar.

- Sizə elə gəlmir ki, Bilbao "Atletik"i "İnter"in dişinə görə rəqib deyil?
- Bəli, bakılıların bu baxımdan bəxti gətirmədi. Onlara hazırda Avropa nəhəngləri sayılan "Real" və "Barselona" ilə bir çempionatda çıxış edən, onlarla az qala bərabər səviyyəli oyun sərgiləyən bir komanda nəsib olub. "İnter"in şansları barədə danışmaq çətindir. Amma mən onlara hər şeyin ən yaxşısını arzulayıram.

- Bəs "Qəbələ"nin mərhələ adlamaq şansları necədir?
- Kipr "Apollon"u tamamilə keçiləsi rəqibdir. Komandamız bu rəqibini mübarizədən kənarlaşdıra bilər.

- DÇ-2018-in seçmə mərhələsinin püşkü ilə bağlı nə deyə bilərsiniz?
- Bəxtimiz gətirdi ki, İspaniya da bizim qrupumuza düşmədi. Təkcə Almaniya var ki, bu komandanın birinci olacağı indidən bəllidir. Qalan rəqiblərin hamısı ilə oynamaq olar. İkinci yer uğrunda mübarizə aparmaq mümkündür. Çexiya artıq əvvəlki komanda deyil. Norveçlilərə də gücümüzü göstərmişik. Komandamız inkişafadır. Bəxt də bizim tərəfimizdə olsa, xal toplaya bilərik.

- Amma yığmamızın üzvləri üçüncü yer uğrunda mübarizə aparmağın mümkünlüyünü qeyd edir...
- Mən onların yerində olsaydım, qarşıma belə hədəf qoymazdım. Heç nə verməyən üçüncü yer uğrunda mübarizə aparmaq kimə lazımdır ki? İkinci yeri tutmaq üçün mübarizə aparmaq lazımdır. Qonşu ölkədə keçiriləcək dünya çempionatında iştirak etmək haqda düşünmək lazımdır. Rusiya bizə yaxındır və 2018-ci ildə oraya getmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.