27 iyul 2015 15:30
Rəşad Eyyubov: XL-da penalti vurmağı mənə heç kim qadağan etməyib
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Eyyubov Türkiyənin "Dərincəspor" klubu ilə yoxlama oyununda (2:1) penaltini boşa verdiyinə görə baş məşqçi Yunis Hüseynovun ona bir daha penalti vurmayacağına dair qadağa qoyması barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə "Xəzər Lənkəran"da penalti vurmamağı heç kim qadağan etməyib. Bizim penalti vuranımız Rahid Əmirquliyevdir. Sadəcə, həmin oyunda penalti vurmaq üçün ondan xahiş etdim. Ona qədər mən "Simurq"da yeddi dəfə ardıcıl penalti vurmuşdum".
