27 iyul 2015 11:30

Skott Braun: Ley Qriffits Qarabağa da qol vuracaq

Şotlandiyanın "Seltik" klubunun kapitanı Skott Braun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə Fransanın "Renn" klubuna qarşı keçirdikləri yoxlama matçından danışıb:

"Komandamız yaxşı oyun keçirdi. Xüsusilə birinci hissədə yaxşı oyun sərgilədik. Düzdür, problemlər də var idi. Amma yoxlama oyunu olduğunu nəzərə alsaq, xüsusi qəm çəkməyə dəyməz".

"Biz ÇL-dəki növbəti oyunlarımız öncəsi heyəti yoxlamaq istəyirdik. Bilirik ki, bizə növbəti rəsmi oyunlarda hücum etmək lazımdır. Aydın məsələdir ki, yaxşı komandaya qarşı oynamaq çətin olacaq. Amma fikrimcə, "Renn"ə qarşı keçirdiyimiz oyunun faydası olacaq".

Bu oyunda fərqlənən Ley Qriffits son üç matçda beşinci qoluna imza atdı. Bu fakta toxunan Braun bəyan edib ki, o, "Qarabağ"la görüşlərdə də qol vuracaq: "Siz ona hədəfi göstərin, o, 2 və ya 20 yard məsafədə olmasından asılı olmayaraq, vuracaq. O, həmişə lazım olan vaxtda lazım olan yerdə olur. Top onun sol ayağına düşən kimi qol vurur. O, komandamız üçün az qol vurmayıb".

"Qarabağ"la oyunun vacibliyinə toxunan kapitan bunları söyləyib: "Qarşıda bizim daha iki gün məşq etmək şansımız var. Son məşqlərdə müdafiəni gücləndirmək üzərində çox çalışmışıq. Bunu son oyunlarımız da göstərdi. Bu oyunlar bizim üçün çox vacibdir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.