27 iyul 2015 00:40
Mirzəbəyov: Almaniya istisna olmaqla, qalan rəqiblərlə mübarizə apara bilərik
Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının düşdüyü qrupu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Almaniya, Çex Respublikası, Şimali İrlandiya və San Marino ilə bağlı bunları söyləyib:
"Fikrimcə, qrupda həm ikinci, həm də üçüncü yer uğrunda mübarizə aparmaq olar. Hamı bilir ki, Almaniya ilə rəqabət aparmaq çox çətindir. Amma qalan rəqiblərlə mübarizə aparmaq olar. Bundan sonra da indiki kimi oynasaq, pley-offa çıxmaq şansı əldə edə bilərik".
