27 iyul 2015 00:30
İnter Rəvana sınaq matçında məğlub oldu
"İnter" "Rəvan" ilə yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, "İnter Arena"da baş tutan qarşılaşma 2:1 hesabıyla "Rəvan"ın xeyrinə başa çatıb.
"İnter"in baş məşqçisi Zaur Svanadze hər iki hissədə meydana qarışıq heyət çıxarıb.
Xatırladaq ki, "İnter" Avropa Liqasının 3-cü təsnifat mərhələsində İspaniyanın "Atletik" komandasıyla qarşılaşacaq. Oyun "San Mames" stadionunda iyulun 30-da başlayacaq. "İnter" iyulun 28-də İspaniyaya yola düşməyi planlaşdırır.












