26 iyul 2015 16:30
Qriqorçuk: Həmyerlimin bizim oyunumuza təyin olunması mənə xoşdur
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirəcəkləri ilk oyunun həmyerlisi - ukraynalı Sergey Boykoya tapşırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütün ukraynalı hakimləri yaxşı tanıyıram. Boykonun bizim oyuna təyin olunmasına sakit yanaşıram. Mənə xoşdur ki, həmyerlim "Qəbələ"nin oyununu idarə edəcək. Ona böyük hörmətim var. Ukraynanın bütün hakimləri səviyyəlidir, o da həmçinin. Prinsipial hakimdir. Ona səliqəli və ciddi idarəçilik arzulayıram".
