26 iyul 2015 15:00

Stepan Polyak: Atletikin gücü hər kəsə bəllidir, amma biz onlardan qorxmuruq

"İnter"in yarımmüdafiəçisi Stepan Polyak İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab matçından (2:2, ilk oyun 2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- İslandlarla cavab matçının gözlədiyiniz kimi keçmədiyini söyləmək olar?
- Bəli, çox ağır oyun oldu. Biz o qədər də yaxşı oynamadıq. Amma bütövlükdə götürsək, biz bu rəqibdən güclü idik. Növbəti mərhələyə adlamağa borcluyduq. Növbəti mərhələdə də yaxşı çıxış etməyə çalışacağıq.

- İkinci hissəyə çox uğursuz başlamağınıza nə səbəb oldu?
- Ola bilər ki, biz cavab matçında da hesabı açdıqdan sonra arxayınlaşdığımıza görə iki qol buraxdıq. Müdafiədə səhvlərə yol verdik. Amma yaxşı ki, toparlanmağı və daha bir qol vurmağı bacardıq.

- Həmin anda növbəti mərhələyə adlaya bilməyəcəyinizə dair qorxu hiss yaranmamışdı?
- Hesabda geridə olduğumuz dəqiqələr çox çətin idi. Amma komandamız xarakter nümayiş etdirdi. İslandlara, ümumiyyətlə, hər kəsə göstərdik ki, yaxşı futbol sərgiləyə bilirik.

- Növbəti mərhələdə "İnter"i İspaniyanın "Atletik" klubu ilə mübarizə gözləyir. Bilbao təmsilçisi "Laçi" və "Hafnarfyordur" deyil, La Liqada çıxış edir...
- "Atletik" yaxşı komandadır, heyətində güclü futbolçular çıxış edir. Əlbəttə, bu komanda ilə hər iki oyun bizim üçün çətin keçəcək. Amma üzərimizdə heç bir təzyiq yoxdur. Ona görə də meydana rahat çıxacağıq. Sonadək mübarizə aparıb, xarakter göstərməyimiz lazımdır. Yalnız belə olan halda uğur qazana bilərik.

- "İnter"in məşqçilər korpusu elə açıqlama ilə çıxış edir ki, sanki komanda artıq məğlubiyyətlə barışıb. Yəni heç ümidiniz yoxdur?
- Futbolda hər şey olur. Şəxsən mən uduzmağı sevmirəm. Biz daha yaxşı oynamalıyıq. Belə olsa, uğur qazana bilərik. "Atletik"in gücü hər kəsə bəllidir, amma biz onların ad-sanından çəkinmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.