26 iyul 2015 14:40
Draqan Çeran: AFFA Bakı və Sumqayıta etdiyi köməyi Simurqa da göstərməli idi
Son iki mövsümdə "Simurq"un şərəfini qorumuş serbiyalı hücumçu Draqan Çeran bu komandanın Premyer Liqadakı çıxışını dayandırmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Simurq" Premyer Liqada oynamağa layiq, yaxşı komanda idi. AFFA bu komanda maliyyə yardımı göstərməyə borclu idi. Necə ki, ötən mövsüm "Bakı"ya kömək etmişdilər. Bu qurum bir neçə ildir ki, "Sumqayıt"a da kömək edir. Zaqatala böyük zonadır, orada futbolu çox sevirlər. Ona görə də belə bir zonada böyük futbolun olmaması çox pisdir. İnanın ki, hadisələrin bu cür yekunlaşması məni çox məyus etdi. Çünki Azərbaycan haqda bütün xatirələrim "Simurq"la, Zaqatala ilə bağlı idi".
