Per-Matias Hoqmo millimizlə oyunları yada saldı
Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan, Almaniya, Çex Respublikası, Şimali İrlandiya və San Marino ilə eyni qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bütövlükdə, maraqlı qrupa düşdüyümüzü demək olar. Son dünya çempionunun bizimlə eyni qrupa düşməsi birinci pilləni tutmağın müşkül olacağından xəbər verir. Ona görə də biz daha çox ikinci yeri tutub, pley-offda oynamaq haqda düşünməliyik. Çex Respublikası ilə Şimali İrlandiyanı yaxşı tanıyırıq. Azərbaycanla AÇ-2016-nın seçmə mərhələsində iki oyun keçirmişik. San Marinonu isə mütləq məğlub etməliyik".
Qeyd edək ki, Azərbaycanla Norveç arasında Bakıda görüş 0:1 hesablı məğlubiyyətimizlə, Oslodakı qarşılaşma isə 0:0 hesabıyla başa çatmışdı.
