26 iyul 2015 13:40
Ruslan Abışov: Üçüncü yer uğrunda mübarizə apara bilərik
Millimizin müdafiəçisi Ruslan Abışov DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının düşdüyü qrupu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Almaniya, Çex Respublikası, Şimali İrlandiya və San Marino ilə bağlı bunları söyləyib:
"Maraqlı qrupa düşmüşük. Çex Respublikası ilə San Marinodan başqa bütün rəqiblər bizə yaxşı tanışdır. Bu qrupda üçüncü yer uğrunda mübarizə apara bilərik. Öz meydanımızda bu rəqiblərdən Almaniyanı çıxmaq şərtilə hər birini məğlub edə bilərik. İstənilən halda bu seçmə mərhələnin startına hələ kifayət qədər vaxt var. Yaxşı hazırlaşa bilərik".
