26 iyul 2015 13:00
Pavel Vrba Azərbaycanı ikinci yer uğrunda mübarizədə özlərinə rəqib görmədi
Futbol üzrə Çex Respublikası yığmasının baş məşqçisi Pavel Vrba DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan, Almaniya, Şimali İrlandiya, Norveç və San Marino ilə eyni qrupa düşmələrinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əlbəttə, qrupun əsas favoriti Almaniyadır. Bizim ikinci yer uğrundakı rəqiblərimiz isə Norveçlə Şimali İrlandiya olacaq. Biz ikinci yer üçün oynamalıyıq. Mənim təcrübəm var. Bu püşkatmadan sonra özümü daha yaxşı hiss edirəm, nəinki AÇ-2016-nın seçmə mərhələsinin püşkatmasından. Həmin vaxt çox çətin qrupa düşmüşdük".
