26 iyul 2015 12:20
Rüfət Dadaşov: Azərbaycan yaxşı qrupa düşüb
Millimizin sabiq hücumçusu Rüfət Dadaşov DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının düşdüyü qrupu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Almaniya, Çex Respublikası, Şimali İrlandiya və San Marino ilə bağlı bunları söyləyib:
"Yaxşı qrupa düşmüşük. Yığmamızın bu seçmə mərhələdə necə oynayacağını şərh etmək mənim üçün çətindir. Çünki son dövrlər yığmadan kənar qalmışam və yeni baş məşqçi Robert Prosineçki ilə tanış deyiləm. Ona görə də şanslarımızı dəyərləndirməkdə çətinlik çəkirəm. Lakin milliyə uğurlar arzulayıram".
