26 iyul 2015 11:40

Əfran İsmayılov: Seltik ciddi rəqib olsa da, Qarabağ da çox şeyə qadirdir

Azərbaycan yığmsının və "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində Almaniya, Şimali İrlandiya, Çex Respublikası, Norveç və San Marino ilə mübarizə aparacaq. Püşkü necə dəyərləndirərdiniz?
- Bəxtimiz gətirmədi. Çox çətin qrupa düşdük. Əlbəttə, uğur qazanmaq, yaxşı oyun sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Amma San Marinodan başqa bütün rəqiblərimiz çətindir. Eyni zamanda bizdən də sürpriz gözləmək olar. Elə bir müddət öncə AÇ-2016-nın seçmə mərhələsində də rəqibimiz olan Norveçdən səfərdə xal almışdıq.

- Millimiz bu qrupda nəyə ümid edə bilər?
- 3-4-cü yerlər uğrunda mübarizə apara bilərik.

- Qrupdan çıxmaq haqda heç düşünmürsünüz?
- Burada Almaniya və Çex Respublikası kimi rəqiblər var. Gəlin razılaşaq ki, belə bir qrupdan çıxmağımız real görünmür. Yeganə ümidverici məqam Robert Prosineçkinin gəlişindən sonra millimizdə irəliləyişin olmasıdır. Bu seçmə mərhələnin oyunlarına bir ildən çox vaxt var. Ola bilər ki, bu müddət ərzində millimiz daha da güclənsin və o zaman hədəflərimiz də dəyişsin. Amma indiki reallıqla nəyəsə ümid edə bilmərik.

- "Qarabağ"a qayıdışınız böyük rezonansa səbəb oldu...
- Doğma klubuma qayıtdım. Başqa komandaya da keçə bilərdim. Amma ağdamlıların təklifini böyük sevinclə qəbul etdim. Buradan gedəndə əksər adamlar incik ayrıldığımı deyirdilər. Lakin elə deyil. Bu klubda çalışanlarla, oynayan futbolçularla həmişə gözəl münasibətlərim olub. Onları özümə doğma hesab etmişəm. Mənə təklif göndərdilər, böyük məmnuniyyətlə qəbul etdim. "Qarabağ" böyük klubdur. Burada həmişə böyük rəqabət olub. Amma mən son dövrlər az məşq edirdim, oyun təcrübəm də azdır. Forma yığdıqdan sonra yenə bu komandaya fayda vermək üçün əlimdən gələni edəcəyəm.

- "Qarabağ" sizi Şotlandiyanın "Seltik" klubu ilə oyunlar üçün sifariş edəcək?
- Mənim adımı sifariş vərəqəsinə daxil edəcəklər. Amma Şotlandiyaya gedə bilməyəcəyəm. Viza ilə bağlı sənədləri vaxtında göndərə bilmədim. Ona görə ikinci oyunu gözləməli olacağam.

- Həmin oyuna qədər hazır ola biləcəksiniz?
- Olmaq istərdim. Meydana çıxıb-çıxmayacağıma isə Qurban Qurbanov qərar verəcək.

- Komandanızın şanslarını necə qiymətləndirirsiniz?
- "Qarabağ" son illərdə elə komandalara qalib gəlib ki, bu nəticələr artıq heç kimi təəccübləndirmir. Rəqib təbii ki, ciddi komandadır. Asan olmayacaq. Xüsusilə, səfərdəki görüş çox çətin keçəcək. Amma komandamızın da nəyə qadir olduğunu artıq çox adam yaxşı bilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.