26 iyul 2015 11:20
Əfran İsmayılov: Azərbaycan millisi çox çətin qrupa düşdü
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının düşdüyü qrupu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Almaniya, Çex Respublikası, Şimali İrlandiya və San Marino ilə bağlı bunları söyləyib:
"Çox çətin qrupa düşdük. Mən hələ Azərbaycan yığmasının belə çətin qrupda oynadığını xatırlamıram. Hamısı güclü komandadır. Yalnız San Marino digərlərindən geri qalır. Çox çətin olacaq. Real götürsək, dünya çempionatına vəsiqə qazanmaq şansımız çox azdır. Amma biz mübarizə aparacağıq. Norveçlə bir müddət öncə səfərdə heç-heçə etmişdk. Halbuki, bunu çox az adam gözləyirdi. Lakin onlarla növbəti görüşümüzə hələ illər var. Ümid edirəm ki, Azərbaycan yığmasıona qədər daha da güclənəcək".
