Kasradze: Atletiki keçmək üçün gücümüzə inanmağımız lazımdır
İnterin müdafiəçisi Laşa Kasradze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab matçından (2:2, ilk oyun 2:1) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hafnarfyordur"la oyunların çətin olacağını bilirdik. Səfərdəki oyun da asan olmamışdı. Cavab matçının birinci hissəsində istədiyimiz kimi çıxış edə bilmədik. Lakin sonradan hər şey qaydasına düşdü. Ona görə də nəticə qazana bildik".
Kasradze növbəti mərhələdə qarşılaşacaqları İspaniya "Atletik"i ilə görüşlərə də toxunub: "Atletik" çox güclü komandadır. Bu, hamıya bəllidir. Şanslarımız barədə ilk oyundan sonra nəsə danışmaq olar. Təbii ki, biz "Atletik"i də keçmək istəyirik. Amma bunun üçün gücümüzə inanmağımız lazımdır. Yalnız belə olan halda yaxşı oyun göstərə, nəticə qazana bilərik".
