26 iyul 2015 01:00
Dmitri Nazarovlu Karlsrue yeni mövsümə məğlubiyyətlə başladı
Almaniya ikinci Bundesliqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Qroyter Fyurt" klubu ilə qarşılaşıb. 89-cu dəqiqədə qol buraxan futbolçumuzun komandası mövsümə minimal hesablı məğlubiyyətlə start verib.
Qeyd edək ki, Nazarov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
