26 iyul 2015 00:20
Qarabağın rəqibi Fransa klubuna qalib gəldi
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Şotlandiyanın "Seltik" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda Fransanın "Renn" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma şotlandların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Ley Qriffits və Qari Makkey-Stiven vurub.
Qeyd edək ki, "Qarabağ"ın "Seltik"lə ilk oyunu iyulun 29-da Qlazqoda keçiriləcək.
