25 iyul 2015 15:00

Qəbələdən 350-ci, Ürfan Abbasovdan 100-cü oyun

“Qəbələ” tarixinin 350-ci rəsmi matçını keçirib. Azerisport.az xəbər verir ki, peşəkar klub kimi 2005-ci ildə qeydiyyatdan keçən komanda üçün yubiley matçı UEFA Avropa Liqasına təsadüf edib.

İkinci təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyunu “qırmızı-qaralar”ın 350-ci matçı olub. 2:0 hesabı ilə qalib gələn “Qəbələ” 350 qarşılaşmadan 272-ni Premyer Liqa, 42-ni Azərbaycan kuboku, 30-nu I dəstə, 6-nı Avropa Liqasında keçirib. İlk matçı 2005-ci il sentyabrın 17-də baş tutan “Şərur”la I dəstə oyununa (8:0) təsadüf edən komanda 10 ildə 151 qələbə qazanıb, 86 heç-heçə edib və 113 dəfə uduzub.

“Çukariçki” ilə görüş Ürfan Abbasov üçün də əlamətdar olub. 23 yaşlı müdafiəçi “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib. O, klub tarixində 100-ə çatan 3-cü futbolçudur. Dodo (131) və Viktor Mendidən (127) sonra buna nail olan Abbasov 100 və daha çox oyun keçirən ilk azərbaycanlı futbolçu olub. 2012-ci ilin əvvəlində “Qəbələ”yə transfer olunan müdafiəçi 3 il yarım ərzində 86 çempionat, 9 kubok və 5 avrokubok qarşılaşmasında iştirak edib.

“Çukariçki” ilə qarşılaşma 2 oyunçu üçün ilklə əlamətdar olub. Voyislav Stankoviç “Qəbələ”də debüt edib. O, 10 ildə “qırmızı-qara” forma geyən 191-ci futbolçudur.

Vurduğu 2 qolla qələbədə pay sahibi olan Sergey Zenyov isə ilk dəfə rəqib qapısına yol tapıb. O, “Qəbələ”də qol sevinci yaşayan 95-ci oyunçudur.

Qeyd edək ki, Gürcüstan paytaxtı Tiflisin “Dinamo”sunun (1:2, 2:0) ardından Serbiya “Çukariçki”sini də (0:1, 2:0) mübarizədən kənarlaşdıran “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.