25 iyul 2015 14:30

Ronni Deyla: Qarabağla ilk oyun bizim üçün çox vacibdir

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında öncə bunları söyləyib:

"Qarabağ" çox yaxşı komandadır. Ötən mövsüm bu komanda Avropa Liqasının qrup mərhələsində oynayıb və çox yaxşı çıxış edib. Belə bir komanda ilə oyunlarda uğur qazanmaq üçün bizə pik formada olmaq lazımdır. Düzdür, komandam yaxşı formadadır. Amma bununla kifayətlənmək, sakitləşmək olmaz. Çünki qarşımızda çox ciddi rəqib var. Bu komanda ilə görüş kənardan göründüyü qədər adi qarşılaşma sayılmamalıdır".

"Seltik"in çalışdırıcısı ilk oyunu evdə keçirmələrindən maksimum yararlanmağa çalışacaqlarını bildirib. Onun sözlərinə görə, "Qarabağ" Şotlandiyaya getmək üçün uzaq yol qət edəcək və yorğun olacaq. Deyla bu üzdən də rəqiblərinin çətinlik çəkəcəklərini vurğulayıb. Ronni eyni zamanda özləri üçün də Bakıdakı qarşılaşmanın çətin keçəcəyini dilə gətiib: "Biz də səfərə yollanarkən oxşar çətinliklərlə üzləşəcəyik. Bu üzdən də ilk oyun bizim üçün çox vacibdir".

"Biz qarşımıza yüksək hədəflər qoymuşuq. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Oyunçularımız "Qarabağ"la ilk oyunu səbrsizliklə gözləyirlər. Elə mən özüm də".

"Növbəti rəqibimizlə oyunlara maksimum yaxşı köklənməliyik, hazırlaşmalıyıq. Xüsusilə də taktiki baxımdan. Böyük hədəflərə çatmaq üçün komandada intizam da çox vacibdir. Fikrimcə, növbəti həftəyə qədər tam hazır olacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.