25 iyul 2015 12:00

Səlahət Ağayev: Penalti seriyasına hazır idim

"İnter"in qapıçısı Səlahət Ağayev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab matçından (2:2, ilk oyun 2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun haqda nə deyə bilərsiniz?
- Çətin oyun alındı. Bu rəqibi mübarizədən çətinliklə kənarlaşdıra bildik. Halbuki, səfərdə onlara qalib gəlmişdik. Qısa vaxt ərzində iki qol buraxdıq. Buna yol verməməliydik. Lakin futbolda belə səhvlər olur.

- Bəs niyə belə bir vəziyyət yarandı?
- Mən bunu komandanın tez arxayınlaşması ilə izah edərdim. İslandlar öz meydanında yaxşı çıxış etməmişdilər. Görünür, cavab görüşündə xüsusi çətinlik çəkməyəcəyimizə dair arxayınlıq yaranıbmış.

- Hesab 1:2 olanda düşünmədiniz ki, İslandiya klubu mərhələ adlayacaq?
- Hər şey ola bilərdi. Rəqibin vuracağı daha bir qol bizim işimizi çox çətinləşdirəcəkdi. Amma lazım olan qolu məhz biz vurduq.

- Rauf Əliyevin qolu olmasaydı, "İnter"in taleyinə yenə penaltilərlə aydınlıq gələ bilərdi...
- Mənə də elə gəlirdi ki, yenə penalti seriyası olacaq. Amma penaltilərdən qorxmurdum. Psixoloji baxımdan da buna hazır idim.

- "Hafnarfyordur"un oyunçuları hakimlikdən niyə kəskin narazı idilər?
- Mən hakimin buna səbəb olacaq hansısa hərəkətinin, qərarının şahidi olmadım.

- Növbəti rəqib İspaniyanın tanınmış "Atletik" klubudur...
- Bu rəqibin xüsusi təqdimata ehtiyacı yoxdur. İlk növbədə yaxşı oyun sərgiləməyə çalışacağıq. Necə alınacağını zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.