Bu gün DÇ-2018-in püşkü atılacaq
Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, püşkatma mərasimi Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında baş tutacaq.
Azərbaycan yığması da mundialın seçmə mərhələsindəki rəqiblərini tanıyacaq. Millimiz Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova ilə eyni qrupda yer almaqdadır. Bu isə komandamızın sözügedən yığmalara rəqib olmayacağından xəbər verir.
Püşkatma səbətlərinin tam tərkibi belədir:
1-ci səbət
Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya
2-ci səbət
Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina
3-cü səbət
Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan
4-cü səbət
Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya
5-ci səbət
Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Azərbaycan, Litva, Moldova
6-cı səbət
Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra
Qeyd edək ki, UEFA zonasından dünya çempionatına bütövlükdə mundiala ev sahibliyi edəcək Rusiya yığmasını çıxmaq şərtilə 13 komanda vəsiqə qazanacaq. 9 qrup qalibi birbaşa dünya çempionatında iştirak hüququ qazanacaq. Öz qruplarında ən yaxşı göstəriciyə malik ikinci yerin 8 sahibi isə öz aralarında pley-off oyunu keçirməklə növbəti 4 xoşbəxt vəsiqə sahibini müəyyənləşdirəcəklər.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
