25 iyul 2015 00:50
Qarabağ - Seltik matçının da start saatı müəyyənləşdi
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"i ilə cavab matçının da başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma avqustun 5-də baş tutacaq.
Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:30-da start götürəcək.
Qeyd edək ki, bu klublar arasındakı ilk oyun iyulun 29-da "Seltik Park" stadionunda baş tutacaq və 23:45-də başlayacaq.
