24 iyul 2015 21:30
Anar Nəzirov Zirədə
Premyer Liqaya hazırlığı Türkiyədə davam etdirən “Zirə” heyətini daha da gücləndirib. Azerisport.az xəbər verir ki, "Qəbələ"də çıxış edən təcrübəli qapıçı Anar Nəzirov bundan sonra paytaxt komandasının şərəfini qoruyacaq.
Nəzirovla bir illik müqavilə imzalanıb. Anar sabah Ərzuruma yola düşərək “Zirə”nin düşərgəsinə qoşulacaq.
