24 iyul 2015 19:00
Apollon - Qəbələ matçının başlama saatı açıqlandı
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Kipr "Apollon"u arasında keçiriləcək ilk oyunun başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma iyulun 30-da Larnakada baş tutacaq.
Həmin görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, "Apollon" - "Qəbələ" matçının keçiriləcəyi "Antonis Papadopulos" stadionu 12 000 azarkeş tutur.
