24 iyul 2015 18:30
Ernesto Valverde: İnterlə oyunlara ciddi yanaşmalıyıq
İspaniyanın "Atletik" (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz Avropa Liqasına lazımi formada yanaşmalıyıq. Çünki bizi heç də asan oyunlar gözləmir. Komandamız bu mövsüm artıq bir neçə oyun keçirmiş rəqibə qarşı mübarizə aparacaq. "İnter"lə oyunlara tam ciddi yanaşmalıyıq. Xüsusilə səfərdə keçirəcəyimiz cavab oyunu asan olmayacaq. Başqa bir ölkəyə uzun səfər etməliyik. Üstəlik, orada fərqli saat qurşağı var. Ona görə də həddən çox arxayın olmamalıyıq".
