24 iyul 2015 18:00
Neftçinin əvəzediciləri təlim-məşq toplanışını başa vurdu
“Neftçi”nin əvəzedici heyəti Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, komanda Gürcüstanın “Xobi” klubu ilə qarşılaşıb.
Görüş əvəzedicilərin 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Gürcüstanın “Kede” (1:1), “Mertsxali” (1:2) və “Xobi” (3:4) klubları ilə qarşılaşmış "Neftçi"nin əvəzediciləri sabah Bakıya qayıdacaq.
