24 iyul 2015 16:15

Əfran İsmayılov yenidən Qarabağda!

UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksələn "Qarabağ" transfer çalışmalarını da davam etdirməkdədir. Azerisport.az xəbər verir ki, bu gün Ağdam klubu daha bir transferini reallaşdırıb.

Ağdamlılar millimizin üzvü Əfran İsmayılovla müqavilə imzalayıblar. "Qarabağ"ın yetirməsi olan 27 yaşlı yarımmüfadiəçiylə 1 illik saziş imzalanıb. Əfran bu gündən etibarən komandayla məşqlərə qoşulub.

Sağ cinah yarımmüdafiəçisi klub saytına verdiyi açıqlamada keçidini dəyərləndirib:

"Yenidən "Qarabağ"da çıxış etmək xoş hissdir. "Qarabağ"ın yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam. "Qarabağ" iddialı, hədəfləri olan komandadır. Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm. Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm. Əsas məqsədim komandaya faydalı olmaqdır. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnşallah, keçidim hər 2 tərəf üçün faydalı olar".

Xatırladaq ki, Əfran İsmayılov yay transfer dönəmində bu komandanın sıralarına qatdığı 10-cu transferdir. "Qarabağ" daha öncə Dani Kintana, Elharbi El Jadeyui, Azər Salahlı, Vüqar Mustafayev, Coşqun Diniyev, Elvin Məmmədov, Elvin Yunuszadə, Raydell Pupon və Mahir Mədətovu sıralarına qatmışdı. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.