24 iyul 2015 15:45
Elxan Məmmədov: İnter AFFA-ya borcunu UEFA-dan gələcək pulla qaytaracaq
AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasında çıxış edən "İnter"ə göstərdikləri maliyyə yardımından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İnter"ə Azərbaycan Beynəlxalq Bankı sponsorluq edir. AFFA da "İnter"ə kömək edib. Onlar bizə müraciət etdilər, biz də köməyimizi əsirgəmədik. AFFA rəhbərliyi "İnter" üçün çarter reysi təşkil etdi. UEFA-dan bu klub üçün vəsait gələndə, AFFA da həmin xərclərini qaytaracaq".
