24 iyul 2015 15:15
Georgi Nikolov: Azərbaycan Beynəlxalq Bankı bizdən imtina etməyib
"İnter"in prezidenti Georgi Nikolov klubun baş sponsoru olan Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərliyi ilə olan münasibətlərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sponsorumuz peyda olub? Bu, heç də dəqiq informasiya deyil. ABB bizdən heç vaxt imtina etməyib. Bizim onlarla sponsorluq müqaviləmiz var. Bu müqavilənin müddəti 2015-ci ilin sonunadəkdir. Hətta bu çətin dövrdə də onlar bizə az da olsa, kömək etdirdilər. Ümid edirəm ki, yeni rəhbərlik bizim üçün faydalı olacaq. Siz özünüz də görürsünüz ki, klubun stadionunda, futbolçuların futbolkalarında Azərbaycan Beynəlxalq Bankının reklamı həkk olunub".
