24 iyul 2015 15:00
Sergey Zenyov: Çukariçkiyə qol vurmağı oyundan öncə də çox istəyirdim
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz yaxşı oynadıq. Bilirdik ki, Belqraddakı məğlubiyyətdən sonra Bakıda oynamaq çətin olacaq. Cavab matçının ilk dəqiqələri çətin alındı. Rəqib bizə oynamaq imkanı vermirdi. Amma sonradan öz oyunumuzu tapdıq və qələbə qazandıq. Qol vurmağı təbii ki, çox istəyirdim. Oyundan öncə də bu barədə düşünürdüm, özümü kökləyirdim. Yaxşı ki, hər şey bizim üçün uğurlu alındı".
